Beynəlxalq Aşpazlar Günü ilə əlaqədar DOST İnklüziv İnkişaf və yaradıcılıq Mərkəzində tədbir keçirilib.
Foodinfo.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Moldovanın Azərbaycanda səfərdə olan əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov iştirak edib.
Həmçinin tədbirdə dövlət qurumlarının nümayəndələri, otel və restoran şəbəkələrinin rəhbərləri, eləcə də respublikanın tanınmış və peşəkar aşpazları iştirak ediblər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq çərçivəsində qonaqlara Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış bu məkanda həssas əhali qrupuna aid olan şəxslərə göstərilən xidmət istiqamətləri barədə məlumat verilib.
Mərkəzin foyesində təlimçilər - Azərbaycan Aşpazlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Eynur Nağdəliyevin xüsusi ustad dərsləri təşkil olunub.
Mərkəzin mətbəxində kulinariya istiqaməti üzrə təlim alan benefisiarlar müxtəlif çeşiddə yeməklər hazırlayıb, bacarıqlarını nümayiş etdiriblər.
Aksiyaya 20-dən çox şəhid ailəsi üzvü, Mərkəzin benefisiarları-valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan və sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunublar.
Tədbir çərçivəsində Mərkəzin benefisiarlarının ifasında konsert proqramı, əl işlərindən ibarət satış-sərgi də nümayiş etdirilib.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?