Boğazda ağrı və iltihab zamanı isti yemək və içkilərin qəbulu zərərli ola bilər. Foodinfo.az xəbər verir ki, bu barədə otorinolarinqoloq Polina Vaşkyeviç məlumat verib.

Həkimin sözlərinə görə, yüksək temperaturda içkilər selikli qişanı qıcıqlandırır və iltihab prosesini gücləndirə bilər. Bu isə sağalma müddətini uzadır.

Vaşkyeviç əlavə edib ki, əksinə, sərin içkilər, dondurulmuş giləmeyvələr və hətta bir qədər ərimiş dondurma ağrını və şişkinliyi qismən azalda bilər.

Mütəxəssis vurğulayıb ki, boğazı möhkəmləndirmə vərdişi olmayan insanlara soyuq məhsullar əvəzinə otaq temperaturunda olan qida və içkilərə üstünlük vermək daha məqsədəuyğundur.