
Mütəxəssislərə görə bəzi qidalar sinir sistemini rahatladaraq stress və gərginliyi azalda bilir. Bu qidalar həm beyin fəaliyyətini dəstəkləyir, həm də yuxu keyfiyyətini yaxşılaşdırır.
Foodinfo.az sakitləşdirici təsiri olan qidaları təqdim edir:
1. Çobanyastığı çayı – sakitləşdirici və yuxu gətirici təsir göstərir.
2. Banan – tərkibindəki maqnezium və B6 vitamini sinir sistemini rahatladır.
3. Qoz-fındıq – omeqa-3 yağ turşuları və maqnezium əsəbləri gücləndirir.
4. Yaşıl çay – L-theanine maddəsi beyin dalğalarını sakitləşdirir.
5. Bal– təbii şəkərləri və antioksidantları ilə xoş əhval yaradır.
6. Qara şokolad – serotonin səviyyəsini artıraraq gərginliyi azaldır.
Bu qidaları gündəlik rasiona əlavə etmək bədənin və zehnin daha rahat qalmasına kömək edir.