
Göz quruluğu göz səthini qoruyan göz yaşı təbəqəsinin kifayət qədər istehsal olunmaması və ya tez buxarlanması nəticəsində yaranır. Bu hal gözdə yanma, batma, qızartı və bulanıq görmə ilə müşahidə oluna bilər.
Foodinfo.az göz quruluğunun əsas səbəblərini təqdim edir:
– Uzun müddət ekran qarşısında qalmaq (kompüter, telefon, televizor)
– Kondisioner və ya isitici kimi havanı qurutmaq
– Yetərincə göz qırpmamaq
– Kontakt linzaların uzunmüddətli istifadəsi
– Hormon dəyişikliyi (xüsusilə menopoz dövründə)
– Yaşa bağlı dəyişikliklər
– Bəzi dərmanlar (allergiya, qan təzyiqi və depressiya dərmanları)
– Qidalanmada omega-3 çatışmazlığı
Göz quruluğundan qorunmaq üçün ekran fasilələri vermək, otağın havasını nəmləndirmək, kifayət qədər su içmək və omeqa-3 ilə zəngin qidalar (balıq, kətan toxumu, qoz) qəbul etmək faydalıdır.