Mütəxəssislər bildirir ki, banan təkcə enerji mənbəyi deyil, həm də sümük sağlamlığı üçün mühüm qidadır. 

Foodinfo.az xəbər verir ki, bananın tərkibindəki kalium, maqnezium və B6 vitamini sümük toxumasını möhkəmləndirir və osteoporoz riskini azaldır.

Kalium orqanizmdə turşu-qələvi balansını qoruyaraq sümükdən kalsium itkisini azaldır. Maqnezium isə kalsiumun daha yaxşı mənimsənilməsinə kömək edir.

Mütəxəssislər xüsusən menopoz dövründə olan qadınların və böyümə çağındakı uşaqların həftədə bir neçə dəfə banan yeməsini tövsiyə edir.

Bananı təkcə təzə halda deyil, smuzi, yulaf sıyığı və salatlarda da istehlak etmək olar.