London İqtisadiyyat Məktəbinin və digər universitetlərin tədqiqatçılarının hesabatına görə, 2019-cu ildən bəri ev təsərrüfatlarının ərzaq xərclərinin üçdə birinə Böyük Britaniyanın Aİ-dən çıxması cavabdehdir.

İngiltərədə ərzaq inflyasiyası 19 faizdir ki, bu da 1977-ci ildən bəri ən yüksək səviyyədir.

İqtisadi Performans Mərkəzi (CEP) tərəfindən aparılan qiymət müqayisələri də göstərdi ki, 2022-ci ilin yanvarından 2023-cü ilin martına qədər ərzaq qiymətlərindəki artımın 3,5 faiz bəndi Brexit ilə bağlıdır.

Böyük Britaniyanın 2029-cu ilin dekabrında Aİ-dən rəsmi şəkildə ayrılmasından əvvəl, ümumi ev təsərrüfatlarının ərzaq xərcləri 6,95 milyard funt sterlinq və ya adambaşına 250 funt sterlinq təşkil edirdi. 2019-cu ilin dekabrından 2023-cü ilin martına qədər Britaniyada ərzaq qiymətləri təxminən 25 faiz artıb.

Fərid