Toyuq yumurtasının müntəzəm istehlakı demensiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər. Foodinfo.az Life.ru-ya istinadən xəbər verir ki, Volverhempton Universiteti və London Kral Kollecinin alimləri bu qənaətə gəliblər.

Təcrübə zamanı yarısı demensiyadan əziyyət çəkən 50 yaşdan yuxarı 466 könüllünün məlumatları təhlil edilib.

Nəticələr göstərib ki, demanslı könüllülərin yalnız 28,3%-i hər gün yumurta yeyir, digərlərində isə bu rəqəm 41,6%-dir.

Alimlərin fikrincə, yumurtanın gündəlik qida rasionuna daxil edilməsi neyrodegenerativ patologiyaların yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.