Dietoloq və “The Science of Nutrition” kitabının müəllifi Riannon Lambert təzə yox, dondurulmuş vəziyyətdə də ala biləcəyiniz məhsulların siyahısını açıqlayıb. Onun sözlərinə görə, həmin ərzaqlar dondurulduqda keyfiyyətini itirmir, siz isə pulunuza qənaət edirsiniz. 

Foodinfo.az "The Sun"a istinadən sözügedən məhsulların siyahısını təqdim edir:


Paxlalılar və dənli-paxlalılar;

meyvələr;

tərəvəzlər;

balıq;

ət;

Çörək.

"Dondurulmuş qida adətən əksər təzə qidalardan daha ucuzdur, ona görə də pula qənaət etmək istəyirsinizsə, bu, əla seçimdir", - deyə Riannon vurğulayıb.

Onun sözlərinə görə, dondurulmuş qidalardan istifadə edərək, çox pul xərcləmədən düzgün qidalanmaq mümkündür. Bu, həmçinin, ultra emal olunmuş qidalardan və yarımfabrikatlardan imtina etməyə kömək edəcək.

Leyla