Mütəxəssislər çayın faydalarından danışarkən adətən yarpaqlı çayı nəzərdə tuturlar. Foodinfo.az bildirir ki, buna görə də, çay paketlərinin tərkibi və istehsal prosesi ilə bağlı bəzi suallar yaranır.


Mütəxəssislər bildirir ki, çay paketindəki yarpaqların açılmasına kifayət qədər yer olmalıdır. Piramida formalı şəffaf torbalar daha yaxşı seçim hesab edilir, çünki yarpaqların keyfiyyətini görmək mümkündür.


Çay paketlərinin hazırlanmasında istifadə olunan materiallar müxtəlifdir. Kağız torbalar, neylon və süni ipək paketlər arasında fərqlər var. Mikroplastiklərin sağlamlığa təsiri ilə bağlı araşdırmalar davam edir, buna görə də boş yarpaqlı çay seçmək daha təhlükəsiz hesab edilir.