Yenidən qaynadılmış su içmək, ümumiyyətlə təhlükəsizdir. Foodinfo.az bildirir ki, Çin alimlərinin apardığı tədqiqatlar, təkrar qaynadılan suyun tərkibində ciddi dəyişikliklərə səbəb olmadığını göstərib. Bu təcrübə zamanı suyun keyfiyyəti, qoxusu, dadı, rəngi və minerallarının (dəmir, selen, mis, alüminium və s.) miqdarı normal olaraq qalır. Əsas təhlükəsizlik amili, suyun ilkin keyfiyyətidir. Əgər su təmiz və keyfiyyətlidirsə, onu istədiyiniz qədər qaynadıb içə bilərsiniz. Lakin keyfiyyətsiz suyun təkrar qaynadılması sağlamlığa zərər verə bilər.

Buna görə də, suyun təkrar qaynadılmasının təhlükəsiz olduğunu deyə bilərik, amma keyfiyətli suyun istifadə edildiyinə əmin olmaq vacibdir.