Həkim və diyetoloq Divinskaya, qlütenin yalnız müəyyən bir qrup insan üçün təhlükə yaratdığını və əksər insanlar üçün təhlükəsiz olduğunu bildirib. Foodinfo.az-in Sports.kz-ə istinadən xəbərinə görə, o, qlütenin buğda, arpa və çovdarda olan bir protein olduğunu və yalnız otoimmün xəstəlikləri olan şəxslər üçün təhlükə yarada biləcəyini vurğulayıb.
Divinskaya əlavə edib ki, qlütenin daxil olduğu taxıllar sağlamlıq üçün vacib olan lif və vitamin mənbəyidir. Bu taxıllar, həmçinin B vitaminləri, dəmir, maqnezium və sink kimi vacib minerallar ilə zəngindir. Beləliklə, sağlam olan əksər insanlar üçün qlütenin təhlükəsiz olduğunu və balanslaşdırılmış pəhrizin bir hissəsi kimi istehlak edilə bilər.
Qlütenə qarşı həssaslığı olmayan şəxslər üçün isə qlütenli qidalar, sağlam pəhrizin tərkib hissəsi olaraq faydalıdır.