Çində bir qrup tədqiqatçı yerin 10.000 metr altına çatacaq quyu qazmağa başlayıb. İşlər başa çatdıqdan sonra bu, ölkədə bu günə qədər ən dərin quyu olacaq. Bəs tədqiqatçılar bununla nəyi hədəfləyirlər?
10 fərqli qaya qatını keçəcək qədər dərinlikdə quyu qazacaq tədqiqatçılar, 145 milyon il əvvələ aid Təbaşir Sistemi olaraq da bilinən Təbaşir Dövrünə aid qayalara çatmağı hədəfləyirlər.
May ayının sonunda başlayan layihə mineral ehtiyatların müəyyən edilməsi, həmçinin zəlzələ və vulkan püskürmələri kimi ekoloji risklərin qiymətləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, dünyanın ən dərin quyusu adı Ruzyanın şimal-qərbində Kola yarımadasında yerləşən Kola Superdərin quyusuna aiddir. 1970-ci il mayın 24-də başlayan bu layihə Sovet İttifaqının dağılmasından sonraya qədər davam edib. Quyunun ən dərin yeri dəniz səviyyəsindən 11034 metr aşağıda idi.
Nurlan