Soba kifayət qədər çox elektrik istifadə edir. Piroq, pizza və ya çörək bişirməyi sevirsinizsə, müxtəlif üsullar ilə enerji sərfiyyatınızı azalda bilərsiniz.

Sobanı yandıran zaman günün bütün yeməklərini orada bişirin. Çörək bişirdikdən sonra orada balıq və ya tort bişirə bilərsiniz. Bu yolla siz qalıq istiliyi istifadə etmiş olursunuz

Eyni anda iki qabı sobaya qoyun. Məsələn, çörək bişirərkən kartof da qoya bilərsiniz.

Siz həmçinin sobanın qalıq istiliyindən yeməkləri isitmək və ya suxarı hazırlaya bilərsiniz.

Sobanın qapısını mümkün qədər az açın. Bu, isti havanın çıxmasının və enerji sərfinin qarşısını alır.

Nurlan