Taxıl bitkiləri dünya miqyasında milyardlarla insanı qidalandıran qlobal kənd təsərrüfatının vacib komponentləridir. Beləliklə, dənli bitki növlərinin minilliklər boyu bəşər sivilizasiyasının inkişafında və dünyada qida zəncirinin paylanmasında əvəzsiz rolu olduğunu desək yanılmarıq. Eyni zamanda, kənd təsərrüfatı sektorunun bu bölməsi müxtəlif sənaye sahələrinin xammal təminatında, iqtisadiyyatların böyüməsində aparıcı mövqedən çıxış edir.

 

Dənli bitkilərin növləri

 

Dənli bitkilər aşağıdakı növlərə ayrılır.

 

Əsas taxıllar


 

  • Buğda
  • Arpa
  • Çovdar
  • Vələmir
  • Tritikale 

 

Darıyabənzər taxıllar 


 

  • Qarğıdalı
  • Sorqo
  • Darı
  • Çəltik

 

Dənli bitkilərin becərilməsi

 

Taxıl bitkiləri adətən mülayimdən tropik qədər müxtəlif iqlim şəraitində yetişdirilir. Becərmə üsulları taxıl növündən və bölgənin iqlimindən asılı olaraq dəyişir. Bununla yanaşı, dənli bitkilərin yetişdirilməsi ilə bağlı bəzi ümumi müddəalara diqqət yetirmək vacibdir.

 

Torpağın hazırlanması

 

Taxıl bitkilərinin əksəriyyətinin məhsuldarlıq səviyyəsi üzvi maddələrlə zəngin, münbit, yaxşı havalandırılmış torpaqlarda daha yüksək olur. Buna görə də, torpağı mütəmadi olaraq şumlamaq, dırmıqlamaq, zərərvericilərdən və alaq otlarından qorumaq vacibdir. Həmçinin, torpağın strukturunu və qida tərkibini yaxşılaşdırmaq üçün üzvi maddələr və ya gübrələr tətbiq edilir.

 

Əkin prosesi

 

Dənli bitki toxumlarının səpini məhsuldan və bölgədən asılı olaraq uyğun şəkildə həyata keçirilir. Əkin sıxlığı, toxumun səpin miqdarı, çeşid və əldə olunacaq məhsul növünə (qida, silos və s.) görə əkin prosesi dəyişir.

 

Suvarma

 

Bir çox dənli bitkilər (çovdar, darı və s.) quraqlığa davamlı olsa da, əksər taxıl bitkilərinin sağlam böyüməsi və sürətli inkişafı üçün kifayət qədər su təchizatı vacibdir. Yağıntı miqdarından və torpağın rütubət səviyyəsindən asılı olaraq fermerlər müxtəlif suvarma üsullarından (çiləyici, damlama və s.) istifadə edə bilər.

 

Gübrələmə

 

Dənli bitkilər toxum əkinindən bar vermə mərhələsinə qədər inkişafının bütün dövrlərində bir çox qida maddələrinin qəbuluna ehtiyac duyur. Tələb olunan maddələr arasında azot, fosfor, kalium üstünlük təşkil edir. Hər bir məhsula uyğun gübrələmə proqramının tətbiqinə əməl etmək vacibdir. Məsələn, çovdar bitkisi üçün fosfor qəbulu son dərəcə vacib olsa da, bitki azot maddəsinin qəbuluna bir o qədər də ehtiyac duymur.

 

Alaq otlarına qarşı mübarizə

 

Dənli bitkilərlə eyni ərazidə yetişən alaq otları su, qida maddələri və günəş işığının qəbulu üçün taxıl bitkiləri ilə rəqabət aparır. Fermerlər alaq otlarının populyasiyasını idarə etmək üçün mexaniki becərmə, əllə təmizləmə və herbisid tətbiqi kimi müxtəlif üsullardan istifadə etməlidir.

 

Dənli bitkilərdə rast gəlinən xəstəliklərə qarşı mübarizə

 

Dənli bitkilər göbələklərin, bakteriyaların, virusların və digər patogenlərin yaratdığı geniş spektrli xəstəliklərə qarşı həssasdır. Taxıl bitkilərində inkişafın və məhsuldarlığın qarşısını alan geniş yayılmış xəstəliklər və onlarla mübarizə üsulları ilə tanış olaq.

 

Toz sürmə xəstəliyi

 

Toz sürmə xəstəliyinə yoluxan bitkinin dən və ya sünbülündə qaramtıl toz halında kütlə əmələ gəlir. İlk olaraq bitkinin aşağı yarpaqlarında yaranan ağ-boz nöqtələr zaman keçdikcə qəhvəyi rəngə boyanır. Xəstəliklə mübarizə zamanı “Prochloraz", "Tebuconazole", "Triadimenol", "Pyraclostrobin", "Fluaxapyroxad" və s. kimi tərkiblərə malik bitki mühafizə vasitələrinin tətbiqi tövsiyə olunur.

 

Dənli bitkilərdə Bərk Sürmə xəstəliyi

 

Ölkəmizin taxıl sahələrində geniş yayılan bərk sürmə xəstəliyi bitkilərə əsasən süd dövründə yoluxur. Xəstəliyə tutulmuş bitkilərdə sünbüllərin rəngi dəyişir və boyu balaca qalır. Dənlər şişkin və yumru olub daxilində qaramtıl kütlə formalaşır. Xəstəliklə mübarizə zamanı “Tebuconazole", "Carboxin", "Thiram", "Prothioconazole" və s. kimi tərkiblərə malik bitki mühafizə vasitələrinin tətbiqi tövsiyə olunur.

 

Gövdə və ya zolaqlı pas, Sarı pas və Qonur pas xəstəlikləri

 

Gövdə və ya zolaqlı pas xəstəliyinə yoluxan bitkilərin gövdəsində və yarpaqlarında qırmızımtıl-kərpici rəngdə, sonra isə qara rəngdə xətli yastıcalar, Sarı pas xəstəliyinə yoluxan bitkilərin yarpaqlarında, yarpaq qınlarında, sünbül və bəzi hallarda isə dənələrində açıq-sarı və ya limonu rəngdə yastıcalar, Qonur pas xəstəliyinə yoluxan bitkilərin yarpaqlarında isə qonur yastıcılar əmələ gəlir. Xəstəliklə mübarizə zamanı “Flutriafol", "Maneb", "Tebuconazole", "Azoxystrobin", "Pyraclostrobin" və s. kimi tərkibə malik bitki mühafizə vasitələrinin tətbiqi tövsiyə olunur.

 

Dənli bitki toxumları!

 

Alekseiç R1” buğda toxumu

Qırmızıgül R1” buğda toxumu

Cəlilabad 19 R1” arpa toxumu

Qarabağ 22 R1” arpa toxumu

Pioneer PR31Y43” qarğıdalı toxumu

Pioneer P1921” qarğıdalı toxumu

Pioneer P2088” qarğıdalı toxumu

 

 

 

Dənli Bitki Toxumlarının Satışı

 

Dənli bitki toxumlarını kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.