Hər bir insan öz dəri tonunu bilməlidir. Kişi və ya qadın olmağınızın fərqi yoxdur. Dəri tonunu bilmək paltarın rəngini, üz kosmetikasını və saç rəngini seçməkdə çox kömək edir. Dəri tipimizi bilmək özümüzə uyğun rəngləri seçməyimizə imkan verir.
Heç dostunuz və ya həmkarınız sizə bu gün daha yaraşıqlı olduğunuzu və ya bu gün daha gözəl göründüyünüzü söyləyibmi? Səbəb o gün dəri tonunuza uyğun paltar geyinməyiniz və ya makiyaj etməyinizdir.
Foodinfo.az xəbər verir ki, dərinin rəngi səthdə gördüyümüz şeydir, lakin dəri tonu dərinin dibinin rəngidir, buna Under Tone( alt dəri) da deyilir.
Dərinin tonu dərinin aşağı hissəsində olan piqmentlərdən ibarətdir və bu piqmentlər yaşadığınız iqlim növündən və günəş işığına nə qədər məruz qalmağınızdan çox asılıdır.
Dərinin rəngi asanlıqla tanınır. İnsanın xarici görünüşünə baxaraq onun ağ, qəhvəyi, yaşıl və ya qara olduğunu müəyyən etmək olar. Ancaq insanın dəri rənginə baxaraq dəri tonunu asanlıqla tanımaq olmur.
Dəri tonumuza uyğun paltar və makiyaj seçsək üzümüzü daha təravətli, parlaq və gözəl edər, dəri tonumuzun əksinə olan rəngləri seçmək isə üzümüzü yorğun, mat göstərər.
Üç növ dəri tonumuz var:
Sərin ton: Adətən daha həssas dəriyə sahib olan və dərilərinə daha çox qulluq etməli olan insanlar
İsti və ya tünd ton : Adətən isti tonlu insanların dərisi günəşə çox davamlıdır və nadir hallarda günəş yanığı alırlar.
Neytral ton isti və soyuq tonlar arasındadır, hər cür rəng adətən neytral tonlu insanlara uyğun gəlir və demək olar ki, ən yaxşı dəri rəngi hesab olunur.
Dəri tonunu necə təyin edə bilərik?
1. Dərinizin tonunu təyin etməyin yollarından biri boynunuza və sinənizin yanına bir vərəq ağ kağız qoymaqdır. Dəriniz bu ağ vərəqin yanında sarıya çevrilirsə, bu sizin isti dəri tonunuz olduğunu göstərir.
Dəriniz çəhrayıya çevrilirsə, bu, soyuq dəri tonunuz olduğunu bildirir.
Əgər onun sarı və ya çəhrayı olduğunu ayırd edə bilmirsinizsə, dəri tonunuz neytral ola bilər.
2. Əlinizdə qolbaq, saat və ya hər hansı digər gümüş və ya qızıl zinət əşyalarını götürün və boynunuza və sinənizə qoyun:
Dəriniz sarı zinət əşyalarına qarşı daha təravətlidirsə və qızıl rəngin sizə daha çox yaraşdığını hiss edirsinizsə, bu, dəri tonunuzun isti olması deməkdir.
Gümüş zinət əşyaları dərinizə oturursa və daha gözəl görünürsə, bu, dəri tonunuzun soyuq olması deməkdir.
Ancaq hər iki rəngin sizə eyni dərəcədə uyğun olduğunu və sizi gözəl etdiyini hiss edirsinizsə, çox güman ki, neytraldəri tonunuz var.