Hər hansısa xəstəliyin qarşısının alınması müalicəsindən daha asan, daha yaxşıdır. Bu ifadənin doğru olduğu yerlərdən biri də dəriyə qulluqdur. Dərinin qocalmasının qarşısını almaq üçün bəzi sadə üsullar vardır.
Foodinfo.az bu sadə üsulları sizə təqdim edir:
- Dərinizi günəş işığından qoruyun.
Günəşdən qoruyucu kremlərdən istifadə edin. Günəş kremi sizi dəri xərçəngindən qoruyur və eyni zamanda qırışların qarşısını alır.
- Nəmləndiricilərdən istifadə edin.
Gənc yaşda dərinin qocalmasının qarşısını almaq üçün həmişə nəm dəriyə sahib olmağa çalışın.
- Dərinizin gənc və təravətli qalması üçün təbii maskalardan istifadə edin.
- Dərinizin qocalmasının qarşısını almaq üçün su için.
- Kifayət qədər yatın.
- Qırış əleyhinə kremlərdən istifadə edin.
- Üz dərisi masajından yararlanın.
Dəri masajı dərinin qan tədarükünü artırır, yeni kollagen əmələ gətirir və dərinin zədələnməsini bərpa edir, bütün bunlar dərinin qocalmasının qarşısını alır.