Dermatoloq Bilge Ateş dərisi quru olanlara tövsiyələr verib.
Foodinfo.az xəbər verir ki, bu barədə “Yeniçağ” qəzeti yazıb.
Dermatoloq qeyd edir ki, dəridə yaranan nəm itkisi yağ nisbətində dəyişikliklərəsəbəb olur. Dərinin quruması çatların yaranmasına, hətta yaralara səbəb ola bilər.
Su içmək dərinin nəmlənməsi üçün çox vacibdir. Ancaq düşünülənin əksinə su ilə yumak dərini qurudur. Duş qəbul edərkən suyun temperaturu 35 dərəcədən artıq olmamalıdır. Dərisi quru olan şəxslər qaynar su ilə yuyunmaq və uzun müddət duşda qalmaqdan çəkinməlidir. Yaz aylarında dəriyə qulluq vasitələri daha az, qışda isə nisbətən çox istifadə olunmalıdır.
Nurlan