Türkiyənin Dənizli şəhərində zooparkda dəvə heyvana yaxınlaşmaq qadağasına məhəl qoymayan uşağa hücum edərək onun baş və boynunu dişləyib. Foodinfo.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

On yaşlı uşaq müvafiq xəbərdarlığı pozaraq heyvana çox yaxınlaşıb. Nəticədə dəvə onun başından və boynundan tutub havaya qaldırıb.

Uşağın ailəsi onu heyvanın ağzından çıxara bilib. Uşaq qorxusundan ağlamağa başlayıb, lakin yaxınları onu sakitləşdirib.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını zərərçəkmişi xəstəxanaya çatdırıb. Uşağın vəziyyətinin stabil olduğu bildirilir. Dəvənin hücum anı videoya düşüb.

Nurlan