Valideynlər tez-tez deyirlər ki, uşağın başı telefondan ayılmır. Uşaqlar dərsləri ilə məşğul olmur. Bütün günü oyun oynayır, heç kimsə ilə danışmır.
Əvvəllər uşaqlar küçədə oyun oynayardılar, indi isə səhərdən axşamacan telefon əllərindən yerə düşmür, ya da yalnız ekran qarşısındadırlar. Bu hal haqlı olaraq valideynləri çox narahat edir ki, oyunlara qarşı uşaqlarda bu qədər asılılığın yaranması onların sonrakı həyatına necə təsir göstərəcək? Bu oyunların uşaqlar üçün zərəri nələrdir?
Foodinfo.az xəbər verir ki, mövzu barədə danışan psixoloq Aygül Məlikova dedi ki, internet oyunları sayəsində uşalqarın bilik səviyyəsi aşağı düşəcək:
“Əslində təsir edəcək deməzdim, çünki artıq təsir edib. Uşaqlar bu tipli oyunlara aludə olduqca onların oxumağa olan həvəsi, marağı tamamilə azalır. Ona görə də, təhsil səviyyəmiz aşağı düşəcək. Təəssüflər olsun ki, oyunlara aludəlik onlarda ciddi sosial ünsiyyət problemləri yaradıb. Çünki uşaqlar o qədər birtərəfli ünsiyyətə öyrəşiblər ki, özlərini irtual dünyalarında rahat hiss etdikləri üçün ətrafdakı insanlarla ünsiyyət qurmaq ehtiyacı duymurlar və hətta necə ünsiyyət qurmaq lazımdır bilmirlər”.
Müsahibimiz bildirdi ki, digital oyunları uşaqların beynini get-gedə çürüdür. Uşaqlar bu oyunları oynadıqca hadisələrə fərqli yanaşmaq, alternativ variantlar düşünmək bu kimi şeylərə ehtiyac duymurlar. Biz beynimizi nə zaman istifadə etməyə başlayırıq? Çətinə, dara düşəndə. Amma biz nə qədər oyun oynayırıqsa, bir o qədər çətin, dar məqamlar yaşamırıq. Maksimum dərəcədə uşaqlarda müəyyən aqressiyalar formalaşır:
“Gəlin, bizim dövrün uşaqları ilə indikiləri müqayisə edək. O dövrdə uşaqlar həyədə yaşıdları ilə "Yeddi şüşə", "Qaçdı-tutdu", "Gözüyumulu" oynayırdı. Bu oyunlar da uşaqların hisslərinin, duyğylarının və zəkalarınıbn inkişafına səbəb olurdu. Fiziki cəhətdən də sağlam böyümələrinə səbəb olurdu. Amma kömpüter oyunları uşaqları həm aqressiyaya sövq edir, həm də bir-birlərinə daha çox şiddətyönümlü davranmağı öyrədir. Bu oyunlar həmçinin uşaqların ünsiyyət qurmaq qabiliyyətini də məhdudlaşdırır.
Məsələn, bəzi oyunlar var ki, hətta bu oyunlarda uşaqlardan müəyyən tələblər olur. Qolunu kəs, filan et. Bir bir ara mavi balina oyunu var idi, çox yayılmışdı. Uşaqların arasında intiharın yayılmasına səbəb olmuşdu”,- deyə o fikirlərini yekunlaşdırdı.