
Ekzema (dermatit) dəriyə təsir edən xroniki iltihablı bir vəziyyətdir. Qidalar ekzemanı gücləndirə, qaşıntını artırmağa və dəridə alovlanma yaratmağa səbəb ola bilər.
Foodinfo.az ekzemanı tətikləyə bilən əsas qidaları təqdim edir:
1. Süd və süd məhsulları
Süd, pendir, qatıq — xüsusən inək südü ekzemanı artıra bilər. Xüsusilə uşaqlarda tez-tez rast gəlinir.
2. Buğda və gluten
Çörək, makaron, bulka və s. kimi glutenli qidalar bəzən ekzemanı alovlandıra bilər.
3. Yumurta
Yumurtaya qarşı həssas olanlarda qaşınma və qızartı artır.
4. Dəniz məhsulları
Balıq, krevetka, kalmar bəzi insanlarda allergik reaksiya yaradır.
5. Şəkər və şirin qidalar
Şirniyyatlar, şokolad, qazlı içkilər bədəndə iltihabı artırır.
6. Pomidor, badımcan, bibər bəzi ekzema xəstələrində qaşınmanı artırır.
7. Fındıq, yerfındığı və digər çərəzlər güclü allergenlərdir, ekzemanın alovlanmasına səbəb ola bilər.
8. Hazır və emal olunmuş qidalar
Kolbasa, sosiska, cips, konserverlər tərkibində konservant və rəngləndirici maddələr var.
9. Kofein və spirtli içkilər bədəndə susuzluq yarada və dəriyə mənfi təsir edə bilər.