Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. Foodinfo.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunacaq.