"20 oktyabra olan məlumata görə, Qara dənizdə taxıl dəhlizi çərçivəsində 363 gəmi 8 milyon ton taxıl və digər ərzaq məhsullarını dünya bazarlarına çatdırıb".
Foodinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Ukrayna limanlarından daşınan yüklərin 62%-i Avropaya, 19,5%-i Asiyaya, 13%-i Afrikaya və 5,3%-i Yaxın Şərq ölkələrinə çatdırılıb.
Ərdoğan qeyd edib ki, zəif inkişaf etmiş ölkələrə isə 454 min 626 ton buğda göndərilib.
“Ukraynadan taxılın daşınmasına dair razılaşmanın müddətinin uzadılması məsələsi ilə bağlı heç bir maneə yoxdur. Dünən axşam Zelenski ilə etdiyim söhbətdə də, Putinlə də apardığım danışıqlarda bunun fərqinə vardım”, - deyə Ərdoğan söyləyib.
Son xəbərlər
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək