
Mütəxəssislər xəbərdarlıq edir ki, ərik çəyirdəyini çox yemək sağlamlıq üçün zərərli ola bilər.
Foodinfo.az xəbər verir ki, çəyirdəyin tərkibində olan amigdalin maddəsi orqanizmdə parçalanaraq sianid əmələ gətirir. Bu isə yüksək miqdarda qəbul edildikdə zəhərlənmə riski yaradır.
Həkimlərin sözlərinə görə, sianid zəhərlənməsi başgicəllənmə, ürəkbulanma, qarın ağrısı və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərə bilər.
Mütəxəssislər az miqdarda (1-2 ədəd) ərik çəyirdəyinin təhlükə yaratmadığını, lakin xüsusilə uşaqlara verilməməli olduğunu bildirirlər.
Bundan başqa, bəzi bazarlarda satılan “acı ərik çəyirdəyi” kapsullarının da sağlamlıq üçün risk daşıdığı vurğulanır.
Qeyd edək ki, ərik çəyirdəyi yağı dəri və saç baxımında faydalı hesab olunur, amma daxilə çoxlu miqdarda istifadəsi məsləhət görülmür.