Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ var.

Foodinfo.az-ın xəbərinə görə, Mülki Məcəlləyə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər.

Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı var. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı var ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır

Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.

Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş ziyanın əvəzi Mülki Məcəlləyə müvafiq surətdə ödənilməlidir.

Bizi sosial şəbəkələrdə izləyin:

https://www.instagram.com/foodinfoaz/

https://www.facebook.com/foodinfo.az/

https://www.tiktok.com/@foodinfo.az