Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 10,9 mln. ABŞ dolları dəyərində yerli istehsallı mal və məhsullar ixrac edib ki, bu da illik müqayisədə 24,1% azdır. Foodinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.
Bildirilib ki, yerli istehsal məhsulların ixracında Azərbaycanın payı 3,1% təşkil edib. Ötən ilin ilk iki ayında Gürcüstan Azərbaycana bu kateqoriya üzrə 14,3 mln. dollar dəyərində məhsul ixrac edib. Hesabat dövründə Gürcüstanın ən çox yerli istehsal məhsul ixrac etdiyi ölkə Çin olub – 62,9 mln. dollar (artım 3,5 dəfə).
Gürcüstanın ixracda əsas yerli istehsal malları mis və mis konsentratı, qızıl, polad ərintiləri, üzüm şərabı, limonadlar və alkoqollu içkilər olub.