
Mütəxəssislər xəbərdarlıq edir ki, Haşimoto tiroiditindən əziyyət çəkən şəxslərin bəzi qidaları rasiondan çıxarması vacibdir. Çünki bu məhsullar tiroidin fəaliyyətini zəiflədərək xəstəliyin gedişatını ağırlaşdıra bilər.
1. Qlutenli məhsullar – çörək, makaron, peçenye və digər buğda əsaslı qidalar immun sistemi daha da aktivləşdirir.
2. Soya və soya tərkibli qidalar – tiroid hormonlarının bədəndə düzgün mənimsənilməsinə mane olur.
3. Kələmkimilər – kələm, brokoli, gül kələmi, turp kimi tərəvəzlər çiy halda çox qəbulu tiroid hormonlarının istehsalını zəiflədir.
4. Şəkər və şirniyyatlar – iltihabı artıraraq xəstəliyin əlamətlərini gücləndirir.
5. Emal olunmuş və yağlı qidalar – kolbasa, sosiskalar həm hormon balansına, həm də ümumi sağlamlığa mənfi təsir göstərir.
Həkimlər bildirir ki, Haşimoto xəstəliyində düzgün qidalanma və mütəmadi həkim nəzarəti müalicənin ən önəmli hissəsidir.