
Öd kisəsi iltihabı öd kisəsinin bakterial infeksiyası və ya daşlarla tutulması nəticəsində yaranır. Əlamətləri çox vaxt qəfil başlayır və güclü olur.
Foodinfo.az öd kisəsi iltihabının əsas əlamətlərini təqdim edir:
– Qarının sağ yuxarı hissəsində (qabırğaların altında) kəskin və davamlı ağrı
– Ağrının sağ çiyinə və ya kürəyə yayılması
– Qarında gərginlik və şişkinlik
– Qusma və ürəkbulanma
– Qızdırma və üşütmə
– İştahasızlıq
– Dərinin və gözlərin saralması (bəzən sarılıq)
Əgər bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunursa, dərhal həkimə müraciət etmək vacibdir. Çünki öd kisəsi iltihabı ağırlaşaraq qarın boşluğunda infeksiya (peritonit) və ya digər ciddi fəsadlara səbəb ola bilər.