Mütəxəssislər gözlərin sağlam qalması və görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması üçün düzgün qidalanmanın vacibliyini vurğulayıblar.

Foodinfo.az xəbər verir ki, araşdırmalara görə, yerkökü və balqabaq A vitamini sayəsində gözləri gecə korluğundan qoruyur. 

Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələm, brokkoli) lutein və zeaksantinlə zəngin olub ultrabənövşəyi şüaların zərərini azaldır. 

Somon və skumbriya kimi yağlı balıqlar isə omega-3 yağ turşuları ilə göz quruluğunu aradan qaldırır.

Bundan başqa, yumurta gözün makula hissəsini qoruyur, sitrus meyvələri C vitamini ilə damarları möhkəmləndirir, badam və fındıq isə E vitamini vasitəsilə göz hüceyrələrinin zədələnməsinin qarşısını alır.

Həkimlər bildirirlər ki, bu məhsulları gündəlik rasiona əlavə etməklə göz sağlamlığını qorumaq mümkündür.