Tanınmış həkim Aleksandr Myasnikov infarkt və mikroinsultların asemptomatik ola biləcəyini deyib.

Mütəxəssis bildirib ki, insan infarkt və ya mikroinsult keçirdikdə çox vaxt xəstələr bundan xəbərsiz ola bilərlər.

"Biz miokard infarktının ağrısız formasından əziyyət çəkən insanlarla kifayət qədər çox rastlaşırıq. Bu çox təhlükəlidir, çünki ağrı bir siqnaldır", – həkim vurğulayıb.

Həkim qeyd edib ki, asimptomatik infarkt daha pis və ya daha təhlükəlidir, çünki bu əlamətlər görünəndə xəstə başqa dərmanlarla müalicə olunur.