Dərini xüsusilə səhərlər daha dərin təmizləmək lazımdır. Çox insan normal yuyunduğunu hesab etsə də, əslində, səhv edirlər.
Foodinfo.az “Medicina”ya istinadən xəbər verir ki, həkim – dermatoloq Qriqori Qolidinin sözlərinə görə, səhər saatlarında üç səhv dəridə səpki, sızanaq yaradır.
Edilən 3 səhv aşağıdakılardır:
1. Səhər üz skrabı ilə yuyunmamalı. Bununla biz günün erkən saatlarında dəridəki təbii qoruyucu təbəqəni soyuruq.
Nəticədə dəriniz adətən daha incə və həssas olur. Axşam məsamələrinizdəki "kirləri" skrabla təmizləmək olar.
2. Üzünüzü yaxşıca yuduğunuzdan əmin olmalısız
Edə biləcəyiniz ən böyük səhv üzünüzü yumamaqdır. Piylər və yağlar gecə yuxuda məsamələrdə yığılıb və mümkün qədər tez çıxmaq istəyirlər. Əks halda dəriniz tıxanır və nəticədə xoşagəlməz çirklənmə yaranır.
Başqa bir səhv isti su əvəzinə yalnız soyuq sudan istifadə etməkdir. Yalnız normal həddə isti- ilıq su dərinin yağlı təbəqəsi ilə mübarizə apara bilər.
3. Səhər sızanaqlarla mübarizə aparmayın
Səhərlər həddindən artıq aqressiv losyonla işləməkdən daha pisi ləkələr üzərində işləməkdir. Dəri səhərlər çox həssasdır. Üzdəki qara nöqtələri sıxarsanız, bu izinin qalması ehtimalını artırır.