Emal olunmamış məhsulun emalı, yaxud emal edilmiş məhsulun növbəti emalı üçün istifadə olunan termiki emal prosesi zamanı müvafiq qaydalar yerinə yetirilməlidir. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilib. Sənədə əsasən, emal olunan qida məhsulunun temperaturunun tənzimlənməsi və emal zamanı qida məhsulunun çirklənməsinin qarşısının alınması təmin olunmalıdır. Həmçinin tətbiq edilən istehsal prosesləri üzrə əməliyyatlar beynəlxalq standartlara (məsələn: pasterizasiya, UHT-ultrayüksək temperatur, yaxud sterilizasiya) uyğun olmalıdır.
Qeyd edək ki, qida məhsulunun çirklənməsinə və ya bütövlüyünün pozulmasına səbəb olan təhlükələrin keçməsindən mühafizəni təmin edən konstruksiyaya malik tutum, tara, qab və s. hermetik qablaşdırmaya aiddir.