Bu ilin I rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 % artaraq 85,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 55,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 %-i ictimai iaşə xidmətlərindən, 6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,6 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 % olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 faiz bəndi çoxdur. Bu göstərici Naftalanda 37 %, Qusarda 30,3 %, Şabranda 29 %, Beyləqanda 25,7 %, Bərdədə 22,8 %, Şuşada 20,2 %, Bakıda 19,9 %, Qubada 19,6 %, Sabirabadda 18,6 %, Naxçıvan MR-da 16,7 %, Ağcabədidə 15,3 %, Lənkəranda 14,8 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.