İranda saxta spirtli içkidən ölənlərin sayı 194-ə çatıb. Foodinfo.az Axar.az-a istinadən xəbər verir ki, koronavirusdan qorunmaq məqsədilə spirtli içki qəbul edib zəhərlənənlərin sayı durmadan artır. "Artıq zəhərlənənlərin sayı minə çatır. Təkcə Xuzistan əyalətində 673 nəfər saxta spirtli içkidən zəhərlənib", - məlumatda qeyd edilib. Ölkənin rəsmi dairələri spirtli içkidən zəhərlənənlərin sayının artacağını proqnozlaşdırıblar.