İİtburnu C vitamini və antioksidantlarla zəngin olduğu üçün sağlamlığa bir çox faydası olan bir bitkidir.
Foodinfo.az xəbər verir ki, qədimdən bəri xalq təbabətində istifadə edilən itburnu çayı və ya yağı immun sistemini gücləndirməkdən tutmuş dəriyə qulluq üçün bir sıra müsbət təsirləri ilə tanınır.
İtburnunun əsas faydaları:
1. İmmuniteti gücləndirir
Yüksək C vitamini tərkibi sayəsində orqanizmin müqavimətini artırır, xüsusən soyuqdəymə və qrip kimi infeksiyalara qarşı qoruyucu təsir göstərir.
2. Antioksidant təsir göstərir
İtburnu güclü antioksidantlar ehtiva edir, bu da bədəndə sərbəst radikalların yaratdığı ziyanı azaldır və yaşlanma prosesini ləngidir.
3. Dəri sağlamlığı
Bu bitkinin yağından dəri elastikliyini artırmaq, qırışları azaltmaq və dəri ləkələrini yüngülləşdirmək üçün istifadə edilir. Həmçinin dəri hüceyrələrinin yenilənməsinə də kömək edir.
4. Həzm sisteminə faydalıdır
Mədə və bağırsaq fəaliyyətini yaxşılaşdıraraq həzmi asanlaşdırır, qəbizlik problemlərinin qarşısını alır.
5. Artrit və oynaq ağrılarına təsir
Bəzi araşdırmalar itburnunun iltihabəleyhinə xüsusiyyətləri ilə oynaq ağrılarını yüngülləşdirə biləcəyini göstərir, xüsusilə artrit xəstələrində ağrıları azaltmaq üçün faydalıdır.