İyun ayının ilk günlərinə olan hava proqnozu açıqlanıb.

Bu barədə "Report"a ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verib.

O bildirib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq:

“Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən aşağı düşəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.