
K vitamini əsasən iki növə bölünür: K1 (fyllokinon) və K2 (menakinon). Hər iki növ də qan laxtalanmasını təmin edir və sümüklərin sağlamlığı üçün vacibdir.
Foodinfo.az xəbər verir ki, K1 vitamini əsasən bitkilərdən alınır və ən çox yaşıl yarpaqlı tərəvəzlərdə tapılır.
Bunlar arasında:
- Ispanaq
- Kələm(xüsusilə Brüssel kələmi)
- Kahı, turp
- Brokkoli
- Cəfəri
K2 vitamini daha çox heyvani məhsullarda və bəzi fermentləşdirilmiş qidalarda tapılır. Bu qidalara daxildir:
- Pendirlər (xüsusilə sərt pendirlər)
- Yumurta sarısı
- Quzu və mal əti
K vitaminini qidalarla əldə etmək ən yaxşı yoldur. Yaxşı bir balans üçün hər iki növü qida rasionuna salmaq faydalıdır.