Qumar aludəçisi olan 65 yaşlı Yuan adlı Çin sakini öz nəvəsini qaçıraraq borclarını ödəmək üçün qızından fidyə pulu tələb edib. Foodinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Yuan 500 min yuan (116 min manat) borcunu ödəməli olub. Kişi bu qədər külli miqdarda pulu haradan alacağını bilmədiyindən qızından pul almağa qərar verib. Dörd yaşlı nəvəsini məktəbdən götürüb və sonra qızına dbei: "Üç gün ərzində mənə 500.000 yuan verməsən, onu bir daha görməyəcəksən". Kişi qadının özünü də hədələyərək pulu almadığı təqdirdə onu öldürəcəyini bildirib.

Qız dərhal polisə müraciət edib və kişi həbs edilib. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib və həbs cəzasına məhkum edilib. Həmin şəxs dəmir barmaqlıqlar arxasında olarkən dəfələrlə qızını polisə təhvil verməkdə ittiham edib. “65 yaşım var və qızım məni məhkəməyə verir. Asılılıqdan qurtulmağımı istəmir. O, sadəcə mənim ölməyimi istəyir”, - deyə o, mübahisə edib. O, qızını da nankor adlandırıb, aclıq aksiyasına başlayıb, kamera yoldaşları ilə əlaqə saxlamayıb.

Daha sonra Yuanla keçmiş həyat yoldaşı əlaqə saxlayıb və qızı məktub yazıb, ona rəğbətini bildirib. Həmin andan adam həbsxana həyatına uyğunlaşmağa və hakimiyyətlə əməkdaşlıq etməyə başlayıb.

Hadisədən xəbər tutan bir çox internet istifadəçisi Yuanı qınayıb.

Fərid