Florida sahillərində köpək balıqları narkotik satıcıları tərəfindən okeana atılan kokain bloklarını yeməyə başlayıb. Foodinfo.az bildirir ki, bu barədə New York Post (NYP) xəbər verir.

Hər il qaçaqmalçılıq yolu ilə gətirilən nəhəng kokain daşımaları Florida sahillərində yuyulur və Florida Keysdəki balıqçılar tez-tez bu sularda yaşayan narkotik aludəçisi, narkoman köpək balıqları haqqında hekayələr danışırlar. Dəniz bioloqu Tom Hird və ekoloq Tracey Phanara kokain aludəçisi köpəkbalığı nağıllarının doğru olub-olmadığını öyrənmək istəyiblər.

İlk təcrübə zamanı alimlər suya kokain bloklarına bənzəyən bir neçə paketi süni qu quşlarının yanındaa atıblar. Maraqlıdır ki, köpəkbalığı qu quşlarına məhəl qoymayıb və briketləri cırmağa başlayıb, hətta biri saxta kokainlə üzərək uzaqlaşıb.

Lakin əldə edilən nəticələr Florida sahillərindəki köpək balıqlarının həqiqətən də kokainə aludə olduğunu əminliklə söyləməyə imkan vermir. Yırtıcıların bu davranışının bir çox təbii səbəbləri ola bilər.

Nurlan