Limfa vəziləri əsasən filter rolunu oynayır. Limfa damarların üzərində yerləşmiş, lobyaya bənzər bir vəzdir. Adətən vəzilərin funksiyası hormon sereksiyasıdır.
Ümumilikdə insan orqanizmində 600 - ə qədər limfa vəziləri vardır. Vəzilər daha çox çənə altı, qulaq dibində, qoltuq nahiyyələrində,qasıq, körpücük sümüyü, qol və ayaq nahiyyəsində yerləşir.
Foodinfo.az xəbər verir ki, həkim Fizuli Hüseynovun sözlərinə görə, limfa vəzilərinin böyüməsində bir çox səbəblər var.
“Hissəli böyümədə, məsələn, angina zamanı çənəaltı limfa vəzisi böyüyür. Əgər travma və zədələnmə varsa, qol nahiyyəsində yerləşən limfa vəziləri böyüyəcək.
Bütün bədəndə limfa vəzilərinin böyüməsi, adətən bədxassəli şişlərin əlamətlərini göstərir. Bədxassəli xəstəliklərdə limfa vəzilərinin bir neçəsi bir – birinə qoşulur və böyümüş limfa vəzisi hərəkətsiz formada olur. Xoşxassəli şişlərin limfa vəzilərini əl ilə palpasiya etdikdə oynayır, ağrılı olur.
Ümumilikdə, böyümüş limfa vəziləri 3 həftədən artıq qalıbsa, ölçüsü kiçilmirsə, mütləq həkimə müraciət etmək lazımdır.
İltihablı proses zamanı limfa vəziləri böyüyürsə, iltihab prosesi bitdikdən sonra limfa vəziləri kiçilir, lakin əvvəlki vəziyyətinə qayıtmır. Bu təbii haldır. Qorxmağa gərək yoxdur.
Zəli qoyulan zaman limfa vəziləri şişir. Bəzən insanlar bundan narahat olur. Amma narahatçılığa gərək yoxdur. Zəli qoyulan zaman limfa vəzilərinin şişməsi immunitetin işləməsindən xəbər verir.
Limfa vəziləri böyüdükdə limfa sistemini durulaşdıran vasitələrdən istifadə etmək lazımdır. Limfanın içərisındə maye durulaşmalıdır ki, bu zaman içərisində olan viruslar, mikroblar, bakteriyalar seyrəlsinlər. Bu limfa vəzilərinin şişməsinin qarşısını alan yaxşı üsullardan biridir”.
Həkim limfa vəzilərini təmizləmək üçün təbii resept açıqlayıb:
1 kq limon, 500 qr sarısaq, 300 qr təzə zəncəfil limfa vəzilərinin mayesini duruldan qarışıqdır. Bu qarışığı hazırlayarkən limonun şirəsini çıxardırıq, sarımsağı ət maşınından keçirdirik. Zəncəfili də qabığını təmizləyib ət maşınından keçirdirik. Bunları bir-birinə qarışdırırb, soyuducuya qoyuruq. Hər gün bir həftəyə qədər gündə bir dəfə qarışdırılmalıdır. 1 həftə qaldıqdan sonra bu qarışım süzülür.
Qabın dibində qalan qarışımın üzərinə 1 lt su tökürük. Ocağın üzərində 5 – 10 dəyqə qaynadırıq. Sonra yenidən süzürük. əvvəl süzdüyümüzün üzərinə əlavə edib, souuducuya qoyulur. Bu qarışımı gündə 3 dəfə yeməkdən öncə , mədədə problem varsa yeməkdən 1 saat sonra bir, iki xörək qaışığı götürüb, yarım stəkan su əlavə edib içirik.
Bu qarışım limfa mayesini durulaşdırır, həmdə bütün limfa sisteminin filtrasiya qabiliyyətini gücləndirir. Eləcə də böyümüş vəzilərin kiçilməsinə səbəb olur”.