Şəmkirdə oğurluq etdiyinə görə tutulan şəxsin 8 mağazadan oğurluq etməsi də məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Foodinfo.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ç.Rəhimovun ətrafında Şəmkir və Tovuz RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Şəmkir şəhəri ərazisində 8 mağazadan pul, ərzaq məhsulları,  tütün məmulatı və məişət əşyaları oğurlaması da müəyyən edilib.   Namiq