
Menopoz zamanı D vitamini qadın sağlamlığı üçün xüsusilə vacibdir. Bu dövrdə orqanizmdə bir çox hormonal və fiziki dəyişikliklər baş verdiyi üçün D vitamininə olan ehtiyac artır.
Foodinfo.az bu vitaminin menopoz dövründə niyə vacib olduğunu təqdim edir:
1. Estrogen hormonunun azalması menopoz zamanı sümük sıxlığını azaldır. D vitamini kalsiumun bağırsaqlardan sorulmasını artırır, bu da sümük əriməsinin (osteoporoz) qarşısını alır. Beləliklə, sınıq və fəqərə əyilmələrinin riski azalır.
2. Menopozda qadınlarda depressiya və gərginlik daha sıx görülür. D vitamini beyin funksiyalarını və serotonin səviyyəsini tənzimləməyə kömək edir. Bu da əhvalın stabilləşməsinə müsbət təsir edir.
3. Ürək-damar sağlamlığını qoruyur
D vitamini qan təzyiqinin tənzimlənməsində rol oynayır. Həmçinin xolesterol səviyyəsini yaxşılaşdırmağa yardım edir. Bu da menopozla artan infarkt və insult riskini azaldır.
4. Bu zamanı maddələr mübadiləsi yavaşlayır, bu da çəki artımına səbəb ola bilər. D vitamini insulin həssaslığını artırır və yağ yığımını azaldır.
5. D vitamini infeksiyalara və xroniki xəstəliklərə qarşı orqanizmi qoruyur. Menopozda immun sistemin zəifləməsi müşahidə oluna bilər, buna görə bu vitamin vacib rol oynayır.
Menopoz dövründə D vitamini çatışmazlığı sümük əriməsi, əzələ zəifliyi, yorğunluq, pis əhval-ruhiyyə kimi problemlərə yol aça bilər.
D vitaminini günəş işığı, yumurta sarısı, balıq, dondurulmamış süd məhsulları və əlavələr vasitəsilə almaq mümkündür.