Mətbəx bıçağının kütləşməsinə səbəb nədir? Mətbəx bıçağına yaxşı qulluq etməyimizə baxmayaraq, bir müddətdən sonra kütləşir. Bir qəssabdan soruşurlar ki, niyə bıçağınız həmişə iti qalır, amma bizim mətbəx bıçağı bir müddət sonra kütləşir? Qəssab cavab verir ki, çünki siz bıçaqla hər şeyi doğrayırsınız, biz isə onunla ancaq ət doğrayırıq.
Foodinfo.az bu yazıda bıcaqların kütləşməsinin qarşısını necə almağın yollarını təqdim edir.
Mətbəx bıçağının kütləşməsinə səbəb:
1- Bıçağın kütləşməsinin səbəblərindən biri onunla soğan doğramaqdır. Soğanlar bıçaqlara zərər verir və zamanla bıçağı kütləşdirir.
Səbəb soğanın turşu xüsusiyyətlərinə görədir. Bıçağın matlaşmasının qarşısını almağa çalışın. Soğan üçün ayrı bir bıçaq ayırın, həmçinin soğanı doğradıqdan dərhal sonra bıçağı yuyun. Belə ki, soğan suyunun damcıları bıçağın üzərində qalmasın və bıçağı kütləşdirməsin.
Qeyd: Limon və s. kimi bütün turşu maddələr mətbəx bıçağını kütləşdirir. Beləliklə, bıçağınızı iti saxlamaq üçün, turşu materialları doğradıqdan sonra bıçağı tez yuyun.
2- Mətbəx bıçağını kütləşdirən digər iki mühüm faktor: Taxta və ya plastik kəsici lövhələrdən istifadə etməyə çalışın və bıçaqlarınızı qabyuyan maşında yumayın. Onları əl ilə yuyun və qurudun.
3- Bıçağın qabyuyan məftillə yuyulması və bıçağın qaşıq və çəngəllərin yanına qoyulması mətbəx bıçağının kütləşməsinə səbəb olan digər səbəblərdəndir.
Şəbnəm