Gündəlik həyatımızda mətbəxdə çox istifadə etdiyimiz alüminium folqa istifadəsində diqqət etməmiz lazım olan məqamlar var. Alüminium folqa istifadəsində yeməyin növü, yeməyin istiliklə təması, bişirmə zamanı istifadəsi, dondurucuda saxlanması kimi şərtləri bilmək vacibdir.
Foodinfo.az xəbər verir ki, alüminium folqa istifadəsində diqqət yetirilməli olan ilk məqam folqanın istiliklə təmasda olmaması, yalnız otaq temperaturunda və ya soyuducu şəraitində saxlanacaq qidalar üçün olmasıdır. Dondurucuda saxlanılan qidalar üçün alüminium folqa istifadəsinə üstünlük verilməməlidir. Alüminium folqanın isti yeməklə təması və ya bişirmə zamanı istifadəsi alüminiumun qidaya keçidini sürətləndirir. Bu səbəbdən çox da təhlükəsiz deyil.
Alüminium folqa turşu və duzlu qidalarla da təmasda olmamalıdır. Məsələn, mətbəxlərdə tez-tez istifadə etdiyimiz tomat pastası, turşular və s.