Yeni araşdırmalar cib telefonundan istifadənin insanların qan təzyiqi səviyyəsi ilə əlaqəli ola biləcəyini təsdiqləyib. İnsan öz smartfonunda danışmağa nə qədər çox vaxt sərf etsə, yüksək təzyiqə tutulma riski bir o qədər çox olacaq.

Tədqiqatçılar bu araşdırmanın iştirakçılarından əldə etdikləri məlumatları təhlil edərək cib telefonlarından istifadənin artması ilə yeni yüksək qan təzyiqi halları arasında aydın əlaqə aşkar ediblər. 

Tədqiqatçılar həftədə 30-59 dəqiqə, 1-3 saat, 4-6 saat və ya 6 saatdan çox telefonla danışan insanlara baxıblar. Həftə ərzində bu müddət artdıqca yüksək qan təzyiqinin inkişaf ehtimalı da artıb.

Tədqiqat qrupu ümid edir ki, bu tədqiqat gələcəkdə yeni tapıntılara səbəb ola bilər və eyni zamanda insanlara daha sağlam seçimlər etməyə kömək edə bilər.

Həftəlik əlaqə müddəti maksimum 30 dəqiqəyə endirilərsə, cib telefonu ilə danışıq yüksək qan təzyiqinin inkişaf riskinə çox da təsir edə bilməz.

Bundan əlavə, araşdırma həftədə ən azı bir dəfə mobil telefondan istifadə edən iştirakçıların daha yüksək təhsil səviyyəsinə malik olduğunu və müxtəlif fiziki fəaliyyətlərə daha çox qatıldığını müəyyən edib.