Son illərdə artan xəstəliklər və yeni növ koronavirus (Covid-19) epidemiyası ilə qida təhlükəsizliyinin əhəmiyyətini bir daha artırıb. Foodinfo.az xəbər verir ki, hər il minlərlə insan qida zəhərlənməsindən həyatını itirir.
Xüsusilə mətbəxlərdə zərərli mikroorqanizmlərin çoxalmasının və xəstəliklərə səbəb olmasından qorunmaq üçün riayət edilməsi lazım olan bəzi əsas qaydalar var.
Tualetdən çıxdıqdan sonra yemək hazırlamağa başlamazdan əvvəl və yemək bişirərkən əllər ən az 20 saniyə yuyulmalıdır. Mətbəxlər ümumiyyətlə təmiz və səliqəli saxlanılmalıdır. Mətbəx qabı, kəsici taxtalar və yemək hazırlayan qablar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.
Bişirmə zamanı 70 dərəcədən yuxarı temperaturda patogenlə və mikroorqanizmlərin əksəriyyətinin ölür. Odur ki, buna da diqqət etmək önəmlidir.
Dondurulmuş qidaların soyuducu temperaturunda əridilməsi isə vacib məsələdir. Eyni zamanda bişmiş yeməklərin otaq temperaturunda iki saatdan çox saxlanılmaması lazımdır.
Leyla