Xaçmazda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib.
Foodinfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra bir neçə nəfərin vəziyyəti pisləşib.
Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib: "Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.
11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir".