“Kök uşaq sağlam uşaq demək deyil”. Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib. O bildirib ki, diabet olmayan ailələr qidalanmaya, lazımsız şirniyyata üstünlük verməməlidirlər: “Çəki və boy normaldırsa, onları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil”. “Diabet olan ailələr də eyni zamanda qidalanmaya xüsusi önəm versinlər”, - o, əlavə edib.