Neptun Supermarket

CRM üzrə mütəxəssis

Son tarix 22 mar 2023 - [email protected]

Tələblər:

Ali təhsil;

Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;

CRM sahəsində 1-3 illik təcrübə;

SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;

Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;

CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;

Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);

Analiz, problemlərin həlli və qərarvermə;

Keyfiyyətə fokuslanma;

Dəqiqlik və təfsilatlara yönümlülük.

Vəzifələr:

Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;

Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;

Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;

“Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;

CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;

CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “CRM üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.