Bu ilin yanvar-mart aylarında 8666 ton əczaçılıq məhsulları idxal edilib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 192 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 163,3 milyon dollar olmaqla 7456 ton əczaçılıq məhsulları idxal olunub.

Hesabat dövründə 22,1 min ton gübrə idxal edilib. İdxal edilən gübrənin dəyəri 14,8 milyon dollar olub. Ötən ilin ilk üç ayında isə məbləği 11,2 milyon dollar olmaqla 15,7 min ton gübrə idxal edilib.