Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin satış mərkəzinin onlayn platformasından meyvə-tərəvəz və gündəlik ərzaq məhsullarının onlayn sifarişi 40-50% artıb. Foodinfo.az xəbər verir ki, bu barədə "Aqrar Tədarük və Təchizat" ASC-dən “Report”un sorğusunun cavıbında bildirilib.
Məlumata görə, "Aqrar Tədarük və Təchizat" ASC-nin “Kənddən şəhərə” satış mərkəzinin onlayn platformasından “Kendden.az” və ya “kenddenshehere.az” ötən ilin fevralından etibarən ərzaq və kənd təsərrüfatı məhsullarının onlayn sifarişi qəbul edilir. Ümumiyyətlə, ASC Bakı və Abşeron yarımadasında 20 manatdan yuxarı onlayn sifarişləri ödənişsiz həyata keçirilir.
Xatırladaq ki, "Aqrar Tədarük və Təchizat" ASC-nin ölkədə hazırda iki mağazası fəaliyyət göstərir.